...

Zöhrə Ağamirova Avropa çempionatında qazandığı bürünc medal barədə: Bu mənim arzum idi

İdman Materials 21 May 2023 16:38 (UTC +04:00)
Zöhrə Ağamirova Avropa çempionatında qazandığı bürünc medal barədə: Bu mənim arzum idi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa çempionatında medal qazanmaq mənim arzum idi, çox xoşbəxtəm.

Bunu bazar günü Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında topla hərəkətlərdə bürünc medal qazanan Azərbaycan gimnastı Zöhrə Ağamirova deyib.

"Məşqçilərimə dərin təşəkkürümü bildirirəm, hər şeydə mənə dəstək olurlar, kömək edirlər. Gözəl dəstəyə görə tribunadakı tamaşaçılara da təşəkkür edirəm, bu mənə güc verdi. Gimnastika Arenasında gözəl ab-hava hökm sürür, Avropa çempionatı üçün zalın hazırlanması çox gözəl alınıb. Proqramı səhvsiz təqdim edə bildiyim üçün şadam. Ən maraqlısı son nəticəni öyrənmək üçün finalda sonuncu iştirakçının qiymətləndirməsini gözləmək idi", -deyə o bildirib.

Zöhrə Ağamirova onu da əlavə edib ki, dünya çempionatı ilə bağlı proqramında müəyyən dəyişikliklər edilə bilər, bəlkə də kompozisiya daha mürəkkəb olacaq.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti