...

Cüdoçularımız Avropa Kuboku turnirində 3 medal qazanıb

İdman Materials 22 May 2023 04:43 (UTC +04:00)
Cüdoçularımız Avropa Kuboku turnirində 3 medal qazanıb

Bakı. Trend:

Azərbaycan cüdoçuları İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində 3 medal qazanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Yarışın ilk günündə 66 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Rzayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Millimizin üzvü Süleyman Əliyev (73 kq) isə yarışı üçüncü pillədə başa vurub. Turnirin ikinci günündə isə Kənan Nəsibov (+100 kq) gümüş medala layiq görülüb. Ömər Rəcəbli (-81 kq. çəki) isə yarışı 5-ci yerdə başa vurub.

Cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik ediblər.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alıb.

Mayın 21-də yekun vurulan turnirdə cüdoçularımız ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti