...

İtaliya çempionatında mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb

İdman Materials 3 İyun 2023 00:33 (UTC +04:00)
İtaliya çempionatında mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb

Bakı. Trend:

"Napoli"nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/23 mövsümü üçün İtaliya Futbol Çempionatının ən yaxşı oyunçusu seçilib.

Trend-in məlumatına görə, Kvaratsxeliya İtaliya çempionatının 33 matçında 12 qol vurub və 13 məhsuldar ötürmə edib. “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

22 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayında Gürcüstanın "Dinamo"sundan (Batumi) "Napoli"yə keçib, əvvəllər Kazan "Rubin" və Moskva "Lokomotiv"ində çıxış edib.

İtaliya çempionatının son turunda “Napoli” iyunun 4-də “Sampdoriya”nı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti