...

Mahir Emreli erməni məşqçini MƏYUS ETDİ

İdman Materials 2 Avqust 2023 18:35 (UTC +04:00)
Mahir Emreli erməni məşqçini MƏYUS ETDİ

Bakı.Trend:

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Trend xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağı olub.

Mahir Emreli ilk 11-likdə yer alıb. O, 25-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Xatırladaq ki, Qazaxıstanın “Astana” klubunun məşqçisi erməni mütəxəssis Qriqori Babayandır.

Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın edib - 4:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti