...

Güləşçimiz Beynəlxalq Universitet İdman Festivalında finala yüksəldi

İdman Materials 21 Avqust 2023 18:40 (UTC +04:00)
Güləşçimiz Beynəlxalq Universitet İdman Festivalında finala yüksəldi
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Azərbaycanın Yunan-Roma güləşi üzrə idmançısı Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.

Trend xəbər verir ki, ölkəmizi təmsil edən güləşçi Sərxan Məmmədov (130 kq) yarımfinalda İran təmsilçisi Soheyl Yousefi Sanganini məğlub edib. Beləliklə Azərbaycan təmsilçisi finala yüksəlib.

Xatırladaq ki, bu gün Yunan-Roma güləşi üzrə daha 3 idmançımız - Elvin İbadov (55 kq), Ziya Babaşov (63 kq) və Səid Axundzadə (82 kq) növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti