...

AVRO-2024-ün final mərhələsinin biletlərinin satışa çıxarılacağı tarix açıqlandı

İdman Materials 14 Sentyabr 2023 12:40 (UTC +04:00)
AVRO-2024-ün final mərhələsinin biletlərinin satışa çıxarılacağı tarix açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA AVRO-2024-ün final mərhələsinin biletlərinin satışa çıxarılacağı tarixi açıqlayıb.

Trend xəbər verir ki, azarkeşlər Almaniyada təşkil olunacaq yarışın biletlərini oktyabrın 3-dən əldə edə biləcəklər.

Euro2024.com/tickets saytı vasitəsilə final mərhələsi üçün ümumilikdə 2,7 milyon bilet satışa çıxarılacaq. Biletlərin 80 faizdən çoxu iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün əlçatan olacaq. Qrup oyunlarına biletlərin qiyməti 30 avrodan başlayacaq. Bir milyondan çox biletin qiyməti 60 avrodan ucuzdur.

İlkin mərhələdə oktyabrın 3-26-sı aralığında 1,2 milyon bilet satışda olacaq. Daha 1,5 milyon bilet isə dekabrın 2-də təşkil olunacaq turnirin püşkatma mərasimindən sonra satışa çıxarılacaq.

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti