...

“Çelsi” Osimxenə görə 170 milyon avro ödəməyə hazırdır

İdman Materials 30 Sentyabr 2023 04:02 (UTC +04:00)
“Çelsi” Osimxenə görə 170 milyon avro ödəməyə hazırdır

Bakı. Trend:

“Napoli” komandasının hücumçusu Viktor Osimxen karyerasına İngiltərədə davam edə bilər.

Trend-in məlumatına görə, “Çelsi” 24 yaşlı nigeriyalı forvardı transfer etmək istəyir. “Çelsi” oyunçuya görə təxminən 170 milyon avro ödəməyə hazırdır.

Bundan əvvəl Osimxen ilə “Napoli” arasında kluba yaxın sosial şəbəkələrdə hücumçu ilə bağlı məzhəkəli videoçarxın peyda olması səbəbindən problem yaranıb. Hücumçunun nümayəndəsi bildirib ki, sosial şəbəkələrdə yayımlanan nigeriyalının penaltini vura bilmədiyi barədə çarx ilə bağlı məhkəməyə müraciət oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti