...

“Trabzonspor”un baş məşqçisi istefaya göndərildi

İdman Materials 12 Oktyabr 2023 13:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Trend xəbər verir ki, bu barədə “Trabzonspor” klubu açıqlama yayıb.

“Trabzonspor” futbol komandasının baş məşqçisi Nenad Byelitsa ilə yollar ayrılıb.

Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsinə uğursuz nəticələr səbəb olub. Klubla baş məşqçi arasında 2025-ci ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Artıq bu vəzifəyə əsas namizəd də bəllidir. Türkiyə mətbuatı komandanın sabiq baş məşqçisi Abdullah Avcının yenidən bu vəzifəyə qayıdacağını iddia edir.

Qeyd edək ki, cari mövsümdə Super Liqada 8 matça çıxan Trabzon təmsilçisi 4 qələbə qazanıb və eyni sayda məğlubiyyət alıb. 12 xala malik komanda hazırda 7-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti