...

Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyi üzrə yarışlara start verilib (FOTO)

İdman Materials 26 Oktyabr 2023 11:42 (UTC +04:00)
Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyi üzrə yarışlara start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Quba. Trend:

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyi yarışlarının birinci gününə start verilib.

Trend cümə axşamı xəbər verir ki, yarışlarda fərdi proqramda çıxış edən 122 gimnast və qrup məşqlərində çıxış edən 9 komanda iştirak edir.

28-ci Azərbaycan Birinciliyinin iştirakçıları arasında "Ocaq Sport" klubunun (Şamaxı və Zaqatala), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, Abşeron, Gəncə, Göyçay, Lənkəran, Masallı, Qusar, Şirvan Olimpiya İdman Komplekslərinin, eləcə də Şəmkir və Naxçıvan Şəhər Gənclər Mərkəzlərinin təmsilçiləri çıxış edirlər.

İdmançılar uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında çıxış edirlər.

Bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyinin qalibləri və mükafatçıları çoxnövçülük üzrə müəyyən ediləcək. Yarışlar 26-27 oktyabr tarixlərində olmaqla iki gün ərzində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkənin bölgələrində milli yarışların təşkili artıq ənənəyə çevrilib. Bölgələrdə idmanın inkişafına yönəlmiş bu təşəbbüs yeniyetmə və gənclərin gimnastikaya marağının artmasına xidmət edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti