Bakı. Trend:
FIFA referisi Əliyar Ağayevin UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda idarə edəcəyi “Srvena Zvezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun hakim-inspektoru bəlli olub.
Trend Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu funksiyanı ispaniyalı keçmiş referi Alberto Undiano Malyenko yerinə yetirəcək.
Tanınmış hakim Ə.Ağayev və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəlinin meydandakı işinə qiymət verəcək. Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək qarşılaşmanın dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.