...

“Mançester Siti” klublararası dünya çempionatının finalına yüksəlib

İdman Materials 20 Dekabr 2023 00:58 (UTC +04:00)
“Mançester Siti” klublararası dünya çempionatının finalına yüksəlib

Bakı. Trend:

İngiltərənin “Mançester Siti” klubu Səudiyyə Ərəbistanında keçirilən futbol üzrə klublararası dünya çempionatının yarımfinalında Yaponiyanın “Urava Red Daymonds” komandasına qalib gəlib.

Trend-in məlumatına görə, oyun 3:0 hesabı ilə başa çatıb.

45+1-ci dəqiqədə “Urava”nın futbolçusu Marius Heyboten avtoqol edib. 50-ci dəqiqədə hesab 2:0 "Siti"nin xeyrinə oldu - Mateo Kovaçiç fərqlənib. Doqquz dəqiqə sonra Barnardo Silva ingilis klubunun həyətində qola imza atıb

Beləliklə, "Mançester Siti" finala yüksəlib və orada Braziliyanın "Fluminense" klubu ilə qarşılaşacaq. “Urava” üçüncü yer uğrunda görüşdə Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq”.Hər iki qarşılaşma dekabrın 22-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti