...

"Napoli"nin baş məşqçisi istefaya göndərilib

İdman Materials 20 Fevral 2024 01:28 (UTC +04:00)
"Napoli"nin baş məşqçisi istefaya göndərilib

Bakı. Trend:

"Napoli"nin prezidenti Aurelio De Laurentis baş məşqçi Valter Mazzarrini istefaya göndərmək qərarı ilə bağlı açıqlama verib.

Trend-in məlumatına görə, bu barədə italiyalı jurnalist Canluka Di Martsionun internet portalında bildirilib.

Neapol klubunun sahibi Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsonanın yeni çalışdırıcı olacağını bildirib.

"Mazzarri "Napoli"nin dostudur, bu ağrılı vidadır, dostla ayrılmaq həmişə çətindir. Nəzərə almalıyıq ki, o, çətin anlarda klubun köməyinə gəlib, amma bununla belə, azarkeşlərin daha çoxuna ehtiyacı var", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti