...

Azərbaycan basketbol millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək

İdman Materials 25 Fevral 2024 10:48 (UTC +04:00)
Azərbaycan basketbol millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək

Bakı. Trend:

Bu gün basketbol üzrə Azərbaycan millisi 2027-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Trend-in məlumatına görə, Tahir Baxşıyevin başçılıq etdiyi yığma doğma meydanda Kosovonu sınağa çəkəcək.

"Sərhədçi" İdman Mərkəzində oynanılacaq görüş saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk oyununda səfərdə İsveçrəyə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti