...

Azərbaycan gimnastları Almaniyada iki medal qazanıblar (FOTO)

İdman Materials 3 Mart 2024 21:19 (UTC +04:00)
Azərbaycan gimnastları Almaniyada iki medal qazanıblar (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bədii gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” turnirində uğurlu nəticə əldə ediblər.

Trend xəbər verir ki, beynəlxalq yarışda Şəms Ağahüseynova gümüş, İlahə Bahadırova bürünc medalın sahibi olublar.

Onlar müvafiq olaraq lent və topla hərəkətlərin icrasında bu nailiyyətə seviniblər.

Qeyd edək ki, ötən gün gənc gimnastlarımız Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı turnirdə komanda hesabında bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti