Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Macarıstanla oyununun hakimləri bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B liqasının l qrupunda baş tutacaq matçın təyinatlarını UEFA açıqlayıb.
Aprelin 5-də keçiriləcək qarşılaşmada ədaləti İngiltərədən olan referilər qoruyacaq. Macarıstandakı görüşdə Kirsti Doul baş hakim olacaq. Ona Sofi Denninqton və Rubi Sykes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emili Heaslip yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.