...

Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

İdman Materials 15 Aprel 2024 10:51 (UTC +04:00)
Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar.

Trend xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Zəhra Cəfərova (böyüklər) və Şəms Müvəffəgi (gənclər), Qırğızıstanın Bişkek şəhərində keçirilən bədii gimnastika üzrə birinci “Kelechek” adlı beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar.

Belə ki, Zəhra Cəfərova çoxnövçülük və top kateqoriyalarında, Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lent kateqoriyalarında qalib olub.

Xəbər lenti

Xəbər lenti