...

Nicat Abasov “üçlüyə” düşmək şansını itirib

İdman Materials 18 Aprel 2024 09:41 (UTC +04:00)
Nicat Abasov “üçlüyə” düşmək şansını itirib

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan şahmatçılar bir günlük istirahətdən sonra lövhə arxasına keçiblər.

Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşündə Alireza Firuzca ilə qarşılaşıb.

29 yaşlı təmsilçimiz qara fiqurlarla növbəti məğlubiyyətini alıb. Bununla da Nicat nəinki 1-ci yer, hətta “üçlüy”ə düşmək üçün nəzəri şansları ilə rəsmən vidalaşıb.

İddiaçılar Turniri
XI tur, 17 aprel

Rameşbabu Praqnanandja - Hikaru Nakamura – 0:1
Vidit Santoş Qujrati - Yan Nepomnyaşi – 0:1
Dommaradju Qukeş - Fabiano Karuana – 0,5:0,5
Alireza Firuzca – Nicat Abasov – 1:0

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) – 7, 2. Dommaradju Qukeş (Hindistan) - 6,5, 3. Hikaru Nakamura (ABŞ) – 6,5, 4. Fabiano Karuana (ABŞ) – 6, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XII turun oyunları aprelin 18-də keçiriləcək. Abasov ağ fiqurlarla Vidit Santoş Qujrati ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti