...

Rauf Əliyev üçün fərqli və yeniliklərlə dolu yeni başlanğıc

İdman Materials 19 Aprel 2024 16:21 (UTC +04:00)
Rauf Əliyev üçün fərqli və yeniliklərlə dolu yeni başlanğıc

Bakı. Trend:

Komanda ilə birlikdə hazırlıqlarımız davam edir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.

“Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə məşqçisi Rauf Əliyev ilk dəfə minifutbol üzrə Azərbaycan millisinə çağırılmasını dəyərləndirib. Bu növ üzrə “İnter”də çıxış edən Əliyevin sözlərinə görə, təklif onu bir qədər düşündürsə də, müsbət cavab verib: “Bu mənim üçün maraqlı bir başlanğıc olacaq. Çünki böyük futbolla indiki minifutbol arasında müəyyən fərqlər var. Məşqlərə başlamışıq. Yığma ilə birlikdə Monteneqroda hazırlıqlarımız davam edir”.

O bildirib ki, minifutbol yığmasında daha sürətli və hərəkətli olmalıdır: “Veteran futbolçularla birgə çempionatda “İnter”də çıxış edirik. Bu baxımdan futboldan uzaq qalmamışam. Buna görə də müəyyən boşluqları məşqlərlə aradan qaldırmaq olar. Təbii ki, çətinliklər olacaq. Amma bunun öhtəsindən gəlməliyəm. Fərqli və yeniliklərlə dolu bir dönəm olacağını düşünürəm”.

Qeyd edək ki, yığma aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti