Bakı. Trend:
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
İclasda 2024/2025-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının
lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu
maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara
alıb:
1. UEFA-nın kişilər arasında keçirilən klub
yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya
verilsin:
“Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan
Tovuz” PFK İB, “Zirə” PFK.
2. UEFA-nın qadınlar arasında Çempionlar
Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya
verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün
aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK.
4. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün
aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qəbələ” İK.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş
bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın
Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti
verə bilər.
Qeyd 1: Azərbaycan futbol klubların
lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü
maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə aşağıda
göstərilən lisenziyaları almış klublar avtomatik olaraq digər
lisenziya(ları)nı əldə etmiş hesab olunur:
• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası və I Liqa yarışlarında iştirak etməyə görə lisenziya almış hesab olunurlar.
• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsümdə I Liqa yarışlarında iştirak etməyə görə lisenziya almış hesab olunurlar.
• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak
etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm
AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etməyə görə lisenziya
almış hesab olunurlar.
Qeyd 2: Cari mövsüm I Liqa və II Liqa
yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və
ərizə ilə müraciət edən digər klubların ərizələrinə 27 may 2024-cü
il tarixində baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.