...

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

İdman Materials 23 May 2024 20:56 (UTC +04:00)

Bakı. Trend:

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşində ilk mükafatçılar bəlli olub.

Bu gün 5 çəki dərəcəsində - 50 kq, 55 kq, 59 kq, 68 kq və 76 kq-da medal uğrunda görüşlər və təsəlliverici mərhələ baş tutub. Azərbaycan millisinin iki güləşçisi bürünc medal şansını davam etdirsə də, onlardan Ruzanna Məmmədova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

50 kq
Şəhanə Nəzərova təsəlliverici görüşdə Kristina Basiçlə (Slovakiya) qarşılaşıb və rəqib qələbə qazanıb - 10:0.

59 kq
Ruzanna Məmmədova bürünc medal uğrunda qarşılaşmaya vəsiqə üçün Anna Mihalçova (Çexiya) ilə güləşib. "Tuş"la qalib qalib gələn güləşçimiz şansını qoruyub. O, 3-cü yer uğrunda Ana Maria Puiu (Rumıniya) ilə üz-üzə gəlib. 8:0 hesabı ilə qələbə qazanan güləşçimiz bürünc medala yiyələnib.

Qeyd edək ki, bu gün qadın güləşində digər 5 çəkidə mübarizəyə start veriləcək.

Xəbər lenti

Xəbər lenti