...

AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

İdman Materials 24 May 2024 16:49 (UTC +04:00)

Bakı. Trend:

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu milli assosiasiyanın mətbuat xidməti açıqlayıb.

AFFA rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin matçına təyinat alıb. O, C liqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti