...

Səlahət Ağayev “Səbail”dən ayrılıb

İdman Materials 5 İyun 2024 14:47 (UTC +04:00)

Bakı. Trend:

“Səbail” daha bir futbolçusu ilə vidalaşıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb. “Səbail”lə qolkiper arasında başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, Ağayev “Səbail”ə 2023-cü ilin yayında keçmişdi. O, ötən mövsümdə 31 matçda iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti