...

Yığmamız rekordunu təkrarlayıb

İdman Materials 12 İyun 2024 10:24 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisi 2024-cü ilin startındakı qol seriyasını 4-ə çatdırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Arif Əsədovun yetirmələri bu il keçirilən bütün matçlarda qol vurub.

Monqolustan (1:0), Bolqarıstan (1:1) və Albaniyanın (1:3) ardından Qazaxıstan da yığmamızın hücumları qarşısında aciz qalıb. Komandamız bu dəfə 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan millisi ilin ilk 4 matçında qol vurmaqla tarixinin rekordunu təkrarlayıb. Bunadək yalnız iki dəfə belə hadisə yaşanıb.

1993-cü ildə cəmi 4 görüşə çıxan yığma bütün matçlarda fərqlənib. Həmin vaxt komandamız 9 qola sevinib.

Həmin rekord 2010-cu ildə təkrarlanıb. Milli yenə ilk 4 oyunda rəqib qapısına yol tapıb. Komandamız bu dəfə 6 qola sevinib. İndi də 4 oyunluq seriyadakı qol sayı 6-ya bərabərdir.

Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 5-də İsveçə qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti