...

“Arsenal”ın sabiq futbolçusu vəfat edib

İdman Materials 15 İyun 2024 15:05 (UTC +04:00)

Bakı. Trend:

İngiltərəli veteran futbolçu Kevin Kampbell 54 yaşında vəfat edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onun ölümünə səbəb ağır xəstəlik olub.

Kevin ilin əvvəlindən müalicə üçün xəstəxanaya yerləşdirilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, forvard karyerası ərzində “Arsenal”,”Lester Siti”, “Notingem”, “Trabzonspor”, “Everton”, “Vest Bronviç” və “Kardif Siti” klublarının şərəfini qoruyub.

Xəbər lenti

Xəbər lenti