...

AVRO-2024: Avstriya Polşadan güclü olub

İdman Materials 21 İyun 2024 21:57 (UTC +04:00)
AVRO-2024: Avstriya Polşadan güclü olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün D qrupunda II tura start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Polşa və Avstriya üz-üzə gəlib.

Ötən turda uduzan komandaların duelində hər iki tərəf ilk 3 xal üçün döyüşüb. Avstriya yığması qələbə qazanan tərəf olub. Onlar Polşanın qapısından 3 top keçiriblər. "Panlar" bu toplardan yalnız 1-nin əvəzini çıxa biliblər.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər oyununda Fransa və Niderland qarşılaşacaq.

AVRO-2024
Qrup mərhələsi, II tur
21 iyun, D qrupu
20:00. Polşa - Avstriya - 1:3
Qollar:
Kjiştof Piatek, 30 - Gernot Trauner, 9. Kristof Baumqartner, 66. Marko Arnautoviç, 78 (pen.)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti