...

"Turan Tovuz" bu dəfə 4 qolla qalib gəlib

İdman Materials 10 İyul 2024 20:48 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqası təmsilçiləri "Kəpəz" və "Turan Tovuz" yoxlama oyununda qüvvəsini sınayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, qarşılaşma Tovuz klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçirilən oyunda tovuzluların heyətində Oto Con (2), Aleks Souza və Sadiq Şəfiyev fərqləniblər.

Qeyd edək ki, Kurban Berdıyevin komandası ilk yoxlama görüşündə "Şəmkir"in qapısından 13 cavabsız top keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti