Bakı. Trend:
“Yuventus” “Mançester Yunayted”lə futbolçu dəyişikliyi gerçəkləşdirməyi planlaşdırır.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, İtaliya klubu Ceydon Sançonun transferində maraqlıdır.
Turinlilər ingiltərəli yarımmüdafiəçini heyətinə qatmaq üçün Federiko Kyezanı təklif edib. Mançester təmsilçisinin baş məşqçisi Erik Ten Haq bu variantı düşünür.
Qeyd edək ki, Sanço ötən mövsümün ikinci yarısını Dortmund “Borussiya”sında keçirib.