...

Azərbaycanlı futbolçu Çempionlar Liqası ilə vidalaşıb

İdman Materials 18 İyul 2024 09:45 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 6 matç baş tutub.

Moldova çempionu "Petrokub" "Ordabası"nı mübarizədən kənarlaşdırıb. Cütün taleyini 1 qol həll edib.

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə uduzduğu "Borats"ı məğlub edib. İki oyunun nəticəsi bərabər olduğu üçün qalib penalti seriyasında bəlli olub. Albaniya çempionu iki zərbəni qeyri-dəqiq yerinə yetirərək turnirlə vidalaşıb.

Əliyev 105 dəqiqə mübarizə aparıb. O, zədələnərək, meydanı tərk edib.

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 23-də start götürəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
17 iyul
19:00. "Struqa" – "Slovan" - 1:2

İlk oyun – 2:4
21:00. "Petrokub" – "Ordabası" - 1:0
İlk oyun – 0:0
21:00. "Dinamo" Bt – "Lüdoqorets" - 1:0
İlk oyun – 1:3
21:00. "Differdanj" – "Klaksvik" - 0:0
İlk oyun – 0:2
23:00. "Eqnatiya" – "Borats" - 2:1, pen.1:4
İlk oyun – 0:1
23:00. "Larne" – RFŞ - 0:4
İlk oyun – 0:3

Xəbər lenti

Xəbər lenti