Bakı. Trend:
Bu gün Azərbaycanın üç idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.
Trend-in məlumatına görə, 3x3 basketbol komandası 5-ci matçında Avstraliya və Çin komandaları ilə qarşılaşacaq.
100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu Uşanqi Kokauri 1/16 final mərhələsində Rafael Silvanın (Braziliya) qarşısında döyüşəcək.
Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova təsnifat mərhələsində bacarığını nümayiş etdirəcək.
Boksçu Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Qazaxıstandan olan Nurbek Oralbayla qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 Olimpiya Oyunları avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.