Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu rəsmiləşib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, karyerasını Almaniyanın "Nürnberq" klubunda davam etdirəcək.
Emrelinin yeni komandası müqavilənin rəsmiləşdiyini bəyan etsə də, detalları açıqlamayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Zaqreb "Dinamo"su olub.