“Qəbələ” ukraynalı futbolçusu ilə vidalaşıb

İdman Materials 30 Avqust 2024 13:55 (UTC +04:00)
“Qəbələ” ukraynalı futbolçusu ilə vidalaşıb

Bakı. Trend:

“Qəbələ” ukraynalı futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin iyulundan “Qəbələ”də çıxış edən Zurab “qırmızı-qara” formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti