"Qalatasaray" almaniyalı futbolçu ilə yollarını ayırdı

İdman Materials 30 Avqust 2024 19:33 (UTC +04:00)

Bakı. Trend:

"Qalatasaray" Derrik Köhnlə yollarını ayırıb.

Trend-in İdman.biz-ə istinadən xəbərinə görə, almaniyalı futbolçu "Verder"ə icarəyə verilib.

Razılaşmaya əsasən, Bremen klubu mövsümün sonunda cinah müdafiəçisini transferini rəsmiləşdirə bilər. Bunun üçün "Verder" 5 milyon 125 min avro ödəməli olacaq.

Qeyd edək ki, qışda "Hannover"dən transfer olunan 25 yaşlı futbolçu "Qalatasaray"da ümidləri doğrultmayıb. Köhn komandanın heyətində 19 oyunda 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti