Bakı. Trend:
Azərbaycanın gənc taekvondoçuları Latviyada keçirilən G-1 kateqoriyalı Riqa açıq turnirində 13 medal qazanıblar.
Trend xəbər verir ki, yarışda İlyas Hətəmli (48 kiloqram), Məhəmməd Həsənli (51 kiloqram), Fuad Məhərrəmli (55 kiloqram) və Elcan Əliyev (78 kiloqram) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.
Nərgiz Kazımova (63 kiloqram) və Yunis Hüseynov (68 kiloqram) finalda məğlub olaraq gümüş medala sahib olublar.
Digər idmançılar Nilufər Borci (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram), Fatimə Həsənova (59 kiloqram), Harun Salmanzadə (51 kiloqram), Ziya Həsənli (59 kiloqram), Hüseyn Xudiyev (73 kiloqram) və Allahverdi Məmmədov (+78 kiloqram) isə bürünc medallar qazanıblar.
Qeyd edək ki, komanda Bakıya sentyabrın 16-da geri dönəcək.