Bakı. Trend:
"Barselona" gənc futbolçu Mark Bernalla müqaviləni təzələyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yeni razılaşma 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
17 yaşlı yarımmüdafiəçinin hazırki müqaviləsi 2026-cı ilin yayında bitəcəkdi. Markın sərbəst qalma məbləği 500 milyon avro olacaq.
Qeyd edək ki, Bernal bir neçə tur əvvəl ağır zədə alıb və onun mövsümün sonuna kimi meydana çıxmayacağı dəqiqləşib.