...

Niko Uilyams İspaniya yığmasından kənarlaşdırılıb

İdman Materials 9 Oktyabr 2024 01:22 (UTC +04:00)

Bakı. Trend:

Niko Uilyams İspaniya yığmasının düşərgəsini tərk edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, zədə üzündən komandadan kənarlaşdırılıb.

"Atletik"in hücumçunun əzələsində zədə aşkarlanıb və məşqçi heyəti onun sağlamlığını riskə atmaq istəməyib. Nikonu yığmada "Real Sosyedad"ın müdafiəçisi Serxio Qomes əvəzləyib.

Qeyd edək ki, İspaniya millisi Millətlər Liqasında Danimarka və Serbiya komandaları ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti