...

Azərbaycan millisi dünya çempionatının yarımfinalında uduzub

İdman Materials 10 Oktyabr 2024 13:53 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundialın son gününün ilk matçında Azərbaycan millisi Çexiya ilə qarşılaşıb.

Rəcəb Fərəczadənin yetirmələri qrupda 0:2 hesabı ilə uduzduqları rəqibdən revanş ala bilməyiblər. Bu dəfə də qalib gələn Çexiya millisi finala adlayıb. Yığmamız isə bürünc medal uğrunda matça çıxacaq.

Qeyd edək ki, digər yarımfinalda Slovakiya Serbiyanı sınağa çəkəcək.

Minifutbol üzrə U-23-lərin dünya çempionatı

Yarımfinal
10 oktyabr

11:30. Çexiya – Azərbaycan - 4:1

Xəbər lenti

Xəbər lenti