Bakı. Trend:
Braziliya millisinin XXI əsrdə ən çox qol vuran futbolçusu Səudiyyə Ərəbistanı Liqasında "Əl-Hilal" klubunda oynayan Neymar olub.
Trend-in məlumatına görə, ulduz futbolçu 128 oyunda 79 dəfə fərqlənməyi bacarıb.
Siyahıda ikinci yerdə Ronaldo yer alır. "Real Madrid" klubunun əfsanəvi futbolçusu Braziliya millisində 99 oyunda 62 qol vurub.
"Barselona" klubunun simvoluna çevrilən Ronaldinyo isə 97 matçda yalnız 33 dəfə fərqlənərək ilk üçlüyü tamamlayıb.
Qeyd edək ki, ilk onluqda Kaka, Luis Fabiano, Robinyo, Adriano, Felipe Koutinyo, Rişarlison və Qabriel Xesus kimi futbolçuların adları da yer alır.