Bakı. Trend:
Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçular arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun yarımfinal qarşılaşması baş tutub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ölkə kubokunda B qrupunda yer alaraq yarımfinala vəsiqə qazanan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası yarımfinal görüşündə "Neftçi" komandasını 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Final görüşü isə 4 noyabr 2024-cü il tarixində GİN-in Voleybol Mərkəzində "Xilasedici" - "Azerrail" voleybol komandaları arasında baş tutacaq.
Qeyd edək ki, "Xilasedici" voleybol komandası bundan öncə "Murov AZ Terminal" və "MOİK" komandalarını məğlub edib.