...

"Real" Bilbaoda məğlub oldu

İdman Materials 5 Dekabr 2024 03:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 19-cu turu çərçivəsində daha bir oyun keçirilib.

Trend xəbər verir ki, Madridin "Real" klubu səfərdə "Atletik" Bilbao ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Bütün qollar ikinci hissədə vurulub.

Kilian Mbappe yenidən penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bir həftə əvvəl Çempionlar Liqasında "Liverpul"a qarşı oyunda penaltidən yararlana bilməyən fransalı hücumçunun bu cəhdi də uğursuz alınıb. Şənbə günü keçirilən "Xetafe" ilə oyunda isə "Real"ın qolu 11 metrlik cərimə zərbəsindən Cud Bellingem tərəfindən vurulub.

Qeyd edək ki, "Barselona" ötən gün "Malyorka"nı 5:1 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti