Bakı. Trend:
Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib.
Trend xəbər verir ki, günün ilk oyununda "Araz-Naxçıvan" komandası "Baku Fire" ilə qarşılaşıb. Oyun bərabərliklə nəticələnib - 2:2.
İkinci matçda "Neftçi" İK komandası "Şuşa"nın qapısından dörd cavabsız top keçirib.
Sonuncu oyunda isə U-19 komandası "Yasamal Bakı"ya şans tanımayıb və 6:3 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra "Baku Fire" komandası 16 xalla liderliyini qoruyur. "Neftçi" İK 15 xalla ikinci, "Araz-Naxçıvan" isə 10 xalla üçüncü yerdə qərarlaşıb. "Şuşa" və U-19 komandalarının hər birinin 6 xalı var və müvafiq olaraq dördüncü və beşinci yerlərdədirlər. Bütün oyunlarda məğlub olan "Yasamal Bakı" turnir cədvəlinin sonuncu pilləsindədir.