Bakı. Trend:
AFFA “Qarabağ” klubunu cərimələyib.
Trend xəbər verir ki, bu barədə qərar İntizam Komitəsi tərəfindən verilib.
Belə ki, 26 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XX turun “Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə “Qarabağ” klubu 2000 manat cərimə edilib.
Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.