Bakı. Trend:
Polşalı qapıçı Voytsex Şçesnının "Barselona" klubunda çıxışını davam etdirə bilər.
Trend-in məlumatına görə, klubun idman direktoru Deku polşalı qolkiperin komandada qalma ehtimalının yüksək olduğunu bildirib.
"Barselona"nın rəsmisi Voytsex Şçesnı ilə bu məsələnin gələcəkdə müzakirə ediləcəyini və onun xidmətlərindən daha bir il yararlanmaq niyyətində olduqlarını qeyd edib. Deku, yekun qərarın 34 yaşlı qapıçının özündən asılı olacağını vurğulayıb.
Xatırladaq ki, karyerasını ötən yay başa vuran Şçesnı oktyabr ayında "Barselona"nın təklifini qəbul edib və komandanın heyətində 9 oyuna çıxıb.