...

AFFA bu kluba xəbərdarlıq edib

İdman Materials 17 Fevral 2025 18:45 (UTC +04:00)
AFFA bu kluba xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib.

Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib.

“Zaqatala” – “Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti