...

UFC ekspertləri FBI agentlərini hazırlayacaq

İdman Materials 1 Mart 2025 18:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Keş Patel agentlərin fiziki təlimi prosesinə UFC-dən (Mütləq Döyüşçü Çempionatı - red.) olan MMA (qarışıq əlbəyaxa döyüş növləri) məşqçilərini cəlb etmək istəyir.

Trend xəbər verir ki, bu barədə “Reuters” dörd ayrı mənbəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Patel bu təşəbbüsü fevralın 26-da FBI-ın 55 bölmə rəhbərləri ilə müzakirə edib.

O bildirib ki, UFC idman ustaları agentlərə döyüş sənəti və özünümüdafiə üzrə bacarıqlarını artırmaqda kömək edəcəklər.

Qeyd edək ki, hazırkı ABŞ prezidenti Donald Tramp uzun müddətdir ki, UFC azarkeşidir və mütəmadi olaraq qurumun əsas döyüş tədbirlərində VİP tamaşaçı qismində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti