...

“Nyukasl” ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu

İdman Materials 16 Mart 2025 22:38 (UTC +04:00)
“Nyukasl” ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Liqa Kubokunun finalında "Nyukasl" futbol klubu "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Londonun “Uembli” stadionunda baş tutub.

Qalib komandanın heyətində qolları Den Bern (45-ci dəqiqə) və Aleksandr İsak (52) vurublar. "Liverpul"dan Federiko Kyeza (90+4) fərqlənib. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb.

"Nyukasl" tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazandı. Komanda əvvəllər iki dəfə - 1976 və 2023-cü illərdə turnirin finalında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti