...

AFFA “Qarabağ” və “Sabah”ı cərimələyib

İdman Materials 19 Mart 2025 12:29 (UTC +04:00)
AFFA “Qarabağ” və “Sabah”ı cərimələyib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz”lə oyun bitdikdən sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

Bundan başqa, “Sabah” – “Zirə” görüşündə əsasnamənin tələbləri pozulduğu üçün ev sahibi komanda 500 manat ziyana düşüb.

Xəbər lenti

Xəbər lenti