...

DÇ-2026: Norveç millisi Moldovanı darmadağın edib, Qazaxıstan səfərdə uduzub

İdman Materials 23 Mart 2025 02:06 (UTC +04:00)
DÇ-2026: Norveç millisi Moldovanı darmadağın edib, Qazaxıstan səfərdə uduzub

Bakı. Trend:

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Trend-in məlumatına görə, I turun ikinci günündə 6 qarşılaşma keçirilib.

İ, J və L qruplarında mübarizə start götürüb. Norveç səfərdə Moldova üzərində inamlı qələbə qazanaraq rəqib qapısından 5 cavabsız top keçirib.

Uels doğma meydanda Qazaxıstanı 3:1 hesabı ilə məğlub edib. Çexiya və İsrail də seçmə mərhələyə qələbə ilə başlayıb.

Qeyd edək ki, martın 21-də G, H və K qruplarında da oyunlar start götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti