Bakı. Trend:
AFFA-nın Maliyyə və Mühasibat Departamentinin hesabatı təqdim olunub.
Trend xəbər verir ki, qurumun bu gün keçirilən Hesabat Konfransında milli assosiasiyaya 2024-cü il üçün ayrılan vəsaitin məbləği açıqlanıb.
AFFA ötən il ərzində 44 milyon 347 min 238 manat gəlir əldə edib. Baş sponsor SOCAR tərəfindən quruma 13 milyon manat maliyyə vəsaiti ayrılıb.