...

"Qəbələ" çempionluğu, "İmişli" və "Karvan" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib

İdman Materials 26 Aprel 2025 00:54 (UTC +04:00)
"Qəbələ" çempionluğu, "İmişli" və "Karvan" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib

Bak. Trend:

Futbol üzrə Azərbaycan I Liqasında çempion və mükafatçıların adlarına aydınlıq gəlib.

Trend-in məlumatına görə, XXIII turun son üç oyunundan sonra "Qəbələ" çempionluğu, "İmişli" və "Karvan" isə Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.

Bu turda Qəbələnin eyniadlı klubu MOİK-ə 1:0, İmişli və Karvan təmsilçiləri isə müvafiq olaraq, “Cəbrayıl” və “Zaqatala”ya 2:0 hesabı ilə qalib gəlib.

Hazırda “Qəbələ” 58 xalla turnir cədvəlinə başçılıq edir. “İmişli” 44 xalla 2-ci, “Karvan” isə 43 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, I Liqada mövsümün başa çatmasına 4 tur qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti