Bakı. Trend:
Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.